image-qanunla-reklam
image-1684221534_13_main-v1684220478

Rusiyanın müharibə xərcləri açıqlandı – 5,51 trilyon…

image-lady-day-az

2022-ci ildə Rusiyanın müdafiə xərcləri 5,51 trilyon rubl olub. Bu da ümumi xərclərin 17,1%-ni təşkil edir.

“Qanunla.az” xəbər verir ki, bu  barədə  “Reuters” Rusiya Xəzinədarlığının məlumatlarına istinadən məlumat yayıb.

Maraqlıdır ki, ötən ilin may ayında Rusiya Maliyyə Nazirliyi fərdi aylıq büdcələrin icrası ilə bağlı məlumatların dərcini dayandırıb, yalnız indi portala 2022-ci il və bu ilin əvvəli üçün məlumatları əlavə edib.

Yeni məlumatlara görə,  bu ilin yanvar ayında müdafiə xərcləri 1,18 trilyon rubl,  fevralda isə 822,4 milyard rubl təşkil edib. Rusiyanın 2023-cü il üçün xərclər planında müdafiə üçün 4,98 trilyon rubl nəzərdə tutulub. Məlumatlar göstərir ki, yanvar-fevral aylarında ölkə müdafiə sektoruna nəzərdə tutulan illik ayırmaların 40%-dən bir qədər çoxunu xərcləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki