image-qanunla-reklam
image-1652870604_rusiya-xin

Rusiyanın Estoniyadakı səfiri XİN-ə çağırıldı

image-lady-day-az

Rusiya səfiri Vladimir Lipayev Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Rusiya Prezidenti Vladimir Putinin ölkənin Narva şəhəri ilə bağlı fikirləri olub.

“Səfirlə görüşən dövlət katibinin müavini Reyn Tammsaar Prezident Putinin bəyanatından, o cümlədən Estoniyanın Narva şəhəri ilə bağlı şərhindən təəssüfləndiyini bildirib”, – deyə XİN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, ötən gün I Pyotrun hərbi kampaniyalarından danışan Rusiyanın dövlət başçısı odövrkü hadisələrlə Ukraynadakı müharibə ilə paralellər aparıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki