image-qanunla-reklam
image-1677571447-1808080378_0_99_1021_673_640x0_80_0_0_549d3a927a9ba613fe32209e02dcd91a-jpg

Rusiyada naməlum təyyarə qəzası

image-lady-day-az

Rusiyanın Adıgey çərkəz vilayətində təyyarə qəzası baş verib. 

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qiaqinski rayonunun Novı kəndində qeydə alınıb.

Təyyarənin gecə saatlarında qəzaya uğramasına baxmayaraq, bununla bağlı ətraflı məlumat hələ də verilməyib.

Rusiya KİV-ləri bunu “naməlum təyyarə qəzası” kimi dərc edir. Ölən və yaralananlar barəsində məlumat yoxdur.

Vilayət rəhbəri Murat Kumpilovun sözlərinə görə, hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Qəza nəticəsində bir fermaya ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki