image-qanunla-reklam
image-1655200774-ycm3w7o7kbnpzmqwludsen3ere

Rusiya-Ukrayna müharibəsi 10 il davam edə bilər – İDDİA

image-lady-day-az

Rusiyanın Ukraynaya işğalının 111-ci günü geridə qalarkən, ekspertlər müharibənin gedişi ilə bağlı narahatlıq yaradan açıqlamalar veriblər. Donbas bölgəsində münaqişələr şiddətlənsə də, bəzi ekspertlər müharibənin 10 il davam edə biləcəyini proqnozlaşdırıblar. 

Qanunla.az xəbər verir ki, ABŞ-ın aparıcı media qurumlarından biri olan “CNBC”yə danışan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət üzrə direktoru Uilyam Alberk müharibənin uzandığını dilə gətirib.

“Mənim bununla bağlı narahatlığım var. Ukrayna əsgərləri üstünlüyü itirirlər. Ölkənin şərqindəki bölgələr hücuma həssasdır. Ukrayna torpaq üzərindəki üstünlüyünü itirə bilər”.

Bundan əlavə, Rusiya əsgərlərinin Ukraynanın şərqində hücumları intensivləşdirdiyini qeyd edən ekspertlər müharibənin 10 il davam edə biləcəyini və hətta bu müddəti keçə biləcəyini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki