Rusiyanın İsveçdəki səfirliyi Krımı Ukrayna ərazisi kimi göstərib. 

“Qanunla.az” xəbər verir ki, bu barədə səfirliyin rəsmi “Twitter” səhifəsində dərc etdiyi xəritədə qeyd olunub.

Avropada yanacağın orta qiymətlərini müqayisə edən xəritə (məlumat mənbəyi göstərilmədən) Ukraynanı Krım da daxil olmaqla beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində göstərir.

Həmçinin, xəritədə 2022-ci ilin sentyabrında, tammiqyaslı müharibənin başlamasından sonra Ukraynanın dörd bölgəsinin Rusiya tərəfindən ilhaqı əksini tapmayıb.