image-qanunla-reklam
image-1675607003_thumb600x0-1

Rusiya Qərb silahları ilə vurulmayacaq – Şolts

image-lady-day-az

Qərb silahları Rusiya Federasiyasının ərazisinə hücumlar üçün istifadə edilməyəcək”.

Qanunla.Az xəbər verir ki, bunu “Bild” nəşrinə müsahibəsində Almaniya kansleri Olaf Şolts bildirib.

Onun sözlərinə görə, bu məsələdə Ukrayna prezidenti Volodimir Zelenski ilə konsensus var.

“Müttəfiqlərimizlə birlikdə döyüş tanklarını Ukraynaya ötürürük ki, o, özünü müdafiə edə bilsin. Biz hər bir silah çatdırılmasını diqqətlə ölçüb-biçirdik, bunu müttəfiqlərimizlə, ilk növbədə ABŞ ilə sıx əlaqələndirdik. Bu ümumi yanaşma müharibənin genişlənməsinin qarşısını alır”, – deyə o söyləyib.

Kansler həmçinin Putinin guya Rusiyanın yenə alman tankları tərəfindən təhdid edildiyi barədə sözlərini də təkzib edib.

Şolts Rusiya prezidenti ilə telefon danışıqları zamanı özünün və ölkəsinin hədə almadığını əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki