image-qanunla-reklam
image-b8af7d0f159211842652545923811035784

Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu

image-lady-day-az

Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu


 104 il bundan əvvəl Azərbaycan Rusiya imperiyasının müstəməlkə asılılığından çıxaraq öz müstəqilliyini elan etmiş, milli dövlətçilik yolunda ilk addımlarını atmışdır. Lakin o dövrün reallıqları AXC-in uzun müddət yaşamasına imkan vermədi. Cəmi iki il mövcudluğu dövründə AXC imperialist qüvvələrin və bolşevik-daşnak təcavüzkarlarının Azərbaycana qarşı apardığı siyasət nəticəsində süquta uğradı. İkinci dəfə-1991-ci ildə yenidən müstəqilliyini qazanan Azərbaycan yenidən eyni aqibətlə üzləşmiş oldu. 1993-cü ildə Azərbaycan dövlətçiliyi ən ağır sınaqlarla qarşı-qarşıya qalanda yenə də xilaskarlıq missiyası Heydər Əliyevin üzərinə düşmüşdür. Heydər Əliyev kimi bütün mənalarda ömrünü öz xalqına həsr edən bir dövlət xadimi Azərbaycan xalqının çağırışına və təkidli tələbinə, ölkəmizin üzləşdiyi ağır vəziyyətə laqeyd qala bilməzdi. O, Vətənin ağır günündə yenə də məsuliyyəti öz üzərinə götürmüş, müqəddəs xilaskarlıq missiyasını böyük məharətlə yerinə yetirmişdir. 15 İyunun Azərbaycan dövlətçilik tarixində Qurtuluş günü kimi öz yerini alması məhz bu gerçəkliklərdən irəli gəlir. Ulu Öndər Heydər Əliyev xalqını xilas etmiş, dövlətini xaos, anarxiya, böhrandan inkişaf relsləri üzərinə çıxarmışdır.

 

Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı – Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki