image-qanunla-reklam
image-16194238413097163521_1000x669

Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə

image-lady-day-az

Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə

Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib, ölkəmizdə  dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Dövlət başçısının rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini- Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki