image-qanunla-reklam
image-4543cfd6-8ae6-4a23-9893-bb21b8576f26_850

Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib

image-lady-day-az

Quba sakini keçmiş arvadını qətlə yetirib.

Qanunla.Az-ın görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Beləki, kənd sakini Xudamov İlham Əziz oğlu keçmiş həyat yoldaşı Xudamova Sara Şair qızını öldürüb. Daha sonra İ.Xudamov öz damarlarını kəsərək intihar edib.

Xatırladaq ki, İ.Xudamovla S.Xudamova bir müddət öncə boşanıblar və ayrıldıqdan sonra eyni evdə 3 övladları ilə birgə yaşayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki