image-qanunla-reklam
image-images

Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik

image-lady-day-az

Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik

Hər bir ölkənin maraqları, hər bir xalqın hüquqları qorunmalı, eyni münasibət bəslənilməlidir. Prezident İlham Əliyevin dediyi kimi, “Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik”. Bu baxımdan Hərəkatın institusional inkişafı üçün Azərbaycan sədrliyi müddətində bir neçə vacib təşəbbüslər irəli sürdü. Bunların sırasında Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin, Parlament şəbəkəsinin yaradılması ilə bağlı olan təkliflər idi. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bu barədə Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, “Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək”. Hazırda Hərəkat Azərbaycanın səmərəli sədrliyi nəticəsində qüdrətli dövrünü yaşayır və dünyada böyük söz sahibinə çevrilib. Prezident İlham Əliyevin dünyada baş verən çoxölçülü siyasi proseslər fonunda irəli sürdüyü ədalətli və aktual təşəbbüslər Qoşulmama Hərəkatını əhəmiyyətli beynəlxalq platformaya çevirməklə yanaşı, ölkəmizin də dünya dövlətləri arasında nüfuzunun artmasına gətirib çıxarıb.

Prezident İlham Əliyev Bakı konfransında qeyd etdiyi kimi, “Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik”. Əlbəttə ki, ölkəmizin sərgilədiyi ədalətli və obyektiv mövqe Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən hər zaman dəstəklənib və həmrəy olub. Belə həmrəylik nümunəsi Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanılan torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Azərbaycan öz torpağında ədaləti, eyni zamanda, beynəlxalq hüququ bərpa edirdi. Ancaq həmin vaxt bəzi ölkələr Azərbaycana qarşı qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Onlardan bəziləri bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər anti-Azərbaycan mahiyyətli bəyanatın qəbul olunmasının qarşısını alaraq ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bu, həm də dövlətlərin həqiqətən də, sülhü, təhlükəsizliyi, ərazi bütövlüyünü müdafiə etdiklərini göstərdi.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki