image-qanunla-reklam
image-trend_baku_city_dagustu_park_120620_32

Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub

image-lady-day-az

Qonşu ölkələrlə əlaqələrin inkişafı hər zaman əsas prioritetlərdən biri olub

Bu gün Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilməklə Azərbaycan özünün regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut etmiş, qonşu ölkələrlə və strateji tərəfdaşlarla iqtisadi əlaqələrini gücləndirərək regionda ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın xarici siyasət xətti qonşu və dost ölkələrin də maraqlarını nəzərə almağa və birgə əməkdaşlığa, səmərəli və bərabərhüquqlu tərəfdaşlığa köklənmişdir. Beynəlxalq münasibətlər sistemində məhz belə siyasət xətti digər dövlətlərin də məqbul qəbul etdiyi siyasətdir. Ölkəmizdə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam və inkişaf etdirilir. Onun fəaliyyətinin prioritet sahələrindən biri qonşu ölkələrlə mövcud yüksək səviyyəli münasibətləri daim inkişaf etdirməkdir. Bu ölkələrlə dostluq münasibətlərinin saxlanılması və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi, imzalanmış strateji tərəfdaşlıq sazişləri müxtəlif istiqamətlər üzrə əlaqələri daha da genişləndirib. Öz milli maraqlarına əsaslanan çoxşaxəli müstəqil siyasət Azərbaycanın beynəlxalq arenada rolu­nun və nüfuzunun yüksəlməsində, bölgə ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı etimada söykənən münasibətlərin qurulmasında və inkişafı­nda mühüm rol oynayır.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki