image-qanunla-reklam
image-1655186335-1646898078_1646895832-6104145

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma

image-lady-day-az

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib. 

Qanunla.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Qırğızıstan mənbələri atəşin ilk dəfə Tacikistan tərəfindən açıldığını bildirib.

Hər iki tərəfin sərhədçiləri dərhal döyüş mövqelərini tutub. Qırğız Respublikasının Batken vilayəti üzrə sərhəd nümayəndəsi və Tacikistan Respublikasının Suqd vilayəti üzrə sərhəd nümayəndəsi arasında telefon danışığı olub. Tərəflərin sərhəd dəstələrinin rəhbərləri hadisə yerinə yola düşüblər.

Bildirilib ki, səhər saatlarından başlayaraq, Tacikistan tərəfi qumbaraatan və minaatanlardan istifadə edərək yenidən atəş açmağa başlayıb. Atəş 20 dəqiqədən sonra dayanıb.

Sərhəddə vəziyyət gərgin olaraq qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki