image-qanunla-reklam
image-1672493413_dem-qazi

Qəbələdə kişi dəm qazından zəhərlənərək ÖLDÜ

image-lady-day-az

Qəbələ sakini dəm qazından zəhərlənərək ölüb.

“Qanunla.az”ın məlumatına görə, dünən gecə saatlarında 1984-cü il təvəllüdlü Ziya İbrahimovun Qəbələ rayonunun Vəndam qəsəbəsində müvəqqəti kirayə yaşadığı evdə meyiti aşkarlanıb. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmanın nəticələrinə əsasən Z.İbrahimovun dəm qazından boğularaq öldüyü ehtimal olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qanunla.az”a verilən məlumata görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki