image-qanunla-reklam
image-301386314_633382288141553_7695941965882170307_n

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür

image-lady-day-az

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür

Azərbaycan xalqı Ali Baş Komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarını düşmən tapdağından azad etdikdən sonra həmin ərazilərdə sürətli yenidənqurma işlərinə start verildi. Qarabağın bərpası indi də vacib məsələdir. Çünki bu, keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına köçünü yaxınlaşdırmaqla yanaşı, eyni zamanda Qarabağa əvvəlki ovqatın qayıtmasını təmin edəcəkdir. Torpaqlarımız işğaldan azad edildildən sonra bir sıra dövlətlər, xüsusən qardaş Türkiyə oradakı yenidənqurma işlərində iştirak etmək istədiklərini bildirdilər. Qardaş və dost dövlətlərin bu addımı, əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına da töhfədir. Eyni zamanda beleə əalqələrin yaranmasını istəməyən tərəflərə ciddi mesajdır. Onlar qardaş və dostlarımızın torpaqlarımızın azad olunmasına necə sevindiklərini görürlər.

Həmçinin dost Qazaxıstan dövlətinin də işğaldan azad olunmuş torpaqlarmızda aparılan bərpa və yenidənqurma işlərinə qoşulması isə xüsusi əhəmiyyətlidir. Məlum olduğu kimi, həm Azəraycan, həm də Qazaxıstan respublikaları Türk Dövlətləri Təşkilatına daxildir. Belə təşəbbüslər ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, həmçinin Türk Dövlətləri Təşkilatı daxilində də əməkdaşlıq mühitinə töhfədir. Qazaxıstan dövləti Qarabağdakı yenidənqurma işlərində iştirak etməyə çoxdan maraq göstərir. Hələ 2021-ci ilin hər iki dövlət arasında aparılan danışıqlarda Qazaxıstan dövlətinin Qarabağdakı yenidənqurma işlərindən iştirak edəcəyi o zamandan planlaşdırılırdı. Artıq Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikiləcəkdir. Bu da Qazaxıstanın Azərbaycana hədiyyəsi və Qarabağın bərpası işinə töhfədir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki