image-qanunla-reklam
image-1680069042-e94dc9d894d94ff0afeb1b4f23f7ab2b

Qazaxıstan hökuməti istefa verdi

image-lady-day-az

Qazaxıstanda Əlixan Smailovun başçılıq etdiyi hökumət respublika parlamentinin aşağı palatası olan Məclisin yeni tərkibinin seçilməsi fonunda istefa verib.

“Qanunla.az” xəbər verir ki, bu barədə ölkə prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Palatanın deputatlarına seçkilər martın 19-da baş tutub. 98 yerdən 62-ni ən böyük partiya “Amanat” qazanıb. “Auyl” (səkkiz yer), “Respublika” və “Ak Jol” partiyaları da parlamentə daxil olublar – hər biri müvafiq olaraq altı mandat qazanıb. Qazaxıstan Xalq Partiyası (beş) və Ümummilli Sosial Demokrat Partiyası (dörd) da parlamentdə təmsil olunacaq.

Daha 7 yeri öz namizədliyi ilə irəli sürülmüş namizədlər tutub. Bu gün yeni çağırış parlamentarilər ilk iclasa toplaşacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki