image-qanunla-reklam
image-1b4c3496-9777-399a-ae29-89a0bde168f3_850

Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub

image-lady-day-az

Qazax rayonunda avtomobilin ağaca çırpılması nəticəsində xəsarət alan şəxslərin şəxsiyyəti məlum olub.

Qanunla.Az-ın məlumatına görə, rayonun Çaylı kənd yolunda “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində xəsarət alan digər şəxslər Daş Salahlı kənd sakinləri, 1994-cü il təvəllüdlü Hikmət Yaqub oğlu Əfəndiyev və 1978-ci il təvəllüdlü Çimnaz Kərim qızı Əfəndiyevadır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki