image-qanunla-reklam
image-328928017_740184981006652_8449693043333276044_n

Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq

image-lady-day-az

Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq.

Azərbaycanla Rumıniya dövlətlərarası əlaqələrin hələ XV əsrdən başlayan tarixi kökləri mövcuddur. 1473-cü ildə Azərbaycan dövlətinin başçısı (Bayandur sülaləsi) Uzun Həsənlə Moldova knyazı Böyük Ştefan arasında müttəfiqlik haqqında müqavilə bağlanmışdır. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olmuş general Səməd bəy Mehmandarov rus ordusunda fəaliyyəti zamanı Rumıniya ordeni ilə təltif olunmuşdur.

Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 11 dekabr 1991-ci ildə rəsmi şəkildə tanımışdır. Rumıniya Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixində yaradılmışdır. Azərbaycan və Rumıniya arasında ilk səfirlik 1998-ci ildə Bakıda fəaliyyətə başlamışdır. Azərbaycan prezidentləri Ümumilli lider Heydər Əliyev və İlham Əliyev Rumıniyada rəsmi səfərlərdə olmuşlar. Rumıniya hər zaman Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etmişdir.

Hazırda Rumıniya – Azərbaycan arasında iqtisadi, mədəni sahələrdə çox yaxın əlaqələr mövcuddur. Azərbaycan və Rumıniya arasında iqtisadi mübadilə milyardlarla dollar həcmindədir. Rumıniyanın enerji təhlükəsizliyində Azərbaycanın müstəsna xidmətləri vardır. Son zamanlar yaşıl enerji sahəsində ciddi əməkdaşlıq tədbirləri təşkil edilməkdədir.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki