image-qanunla-reklam
image-301374220_633381311474984_8546430151708398963_n

Qarşılıqlı etimad əlaqələrin yüksələn xətlə inkişafında əhəmiyyətli rol oynayır

image-lady-day-az

Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrinin inkişafı, birgə səylərin artırılması üçün göstərdiyi səylər xüsusi diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsini həqiqət anı kimi dəyərləndirməsi təsadüfi deyil. Vətən müharibəsi kimin ədalətin, haqqın, kimin isə şərin yanında olduğunu göstərməklə yanaşı, əlaqələrin inkişafında qarşılıqlı etimadın əsas olduğunu da açıqladı. Azərbaycana dost, qardaş ölkələr hazırda postmünaqişə dövrünün əsas reallığı olan işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərinə töhfələr vermək istəklərini atdıqları addımları ilə təsdiqləyirlər. Prezident İlham Əliyevin hər zaman türk dünyasına səsləndirdiyi bu çağırış bu gün də öz aktuallığını qoruyur. Dövlət başçısı bildirir ki, hər bir ölkə digərinin problemini öz problemi kimi qəbul etməli, onun həlli istiqamətində birgə addımlar atmalıdır. Azərbaycanın türk dünyasının birliyinə verdiyi töhfələrin miqyası genişdir. Təkcə ölkəmizin Türk Şurasına sədrliyi müddətində gördüyü işlərə diqqət yetirmək kifayətdir. Məlum olduğu kimi, dünya koronavirus infeksiyası ilə mübarizəyə başladığı ilk gündən Azərbaycan bu qlobal problemin həllinə yönələn təşəbbüsləri ilə diqqətdə oldu. Belə ki, dünyanın bir araya gəlməsindən öncə türk dünyasının birliyinin daha da möhkəmlənməsi, bir-birlərinə dəstək göstərmələri üçün mühüm addımlar atıldı.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri bir çox məqamları ilə diqqətdədir: “Xalqlarımızın ortaq tarixə, köklərə malik olduğunu önə çəkən dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, türkdilli xalqların mövqeyinin, birliyinin regional əməkdaşlıqda, dünya birliyində vacib amilə çevrilməsi iqtisadi, siyasi əlaqələrin inkişafında da özünün aydın ifadəsini tapır. Səfərin mühüm və yaddaqalan məqamları sırasında yer alan Qazaxıstan Prezidentinin dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi münasibətlərimizin dünəninə baxış əsasında hazırkı inkişaf səviyyəsinin və perspektivlərin təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev bu mükafatı bütün Azərbaycan xalqına hörmətin göstəricisi kimi qeyd etdi.  Bu reallıq da önə çəkildi ki, bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində mühüm uğurlara imza atır, dünya arenasında nüfuzunu artırır. Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli gündəliyin bir çox məsələlərinə və beynəlxalq əlaqələrə xüsusi diqqət göstərildi. Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

Qazaxıstan Prezidentinin səfəri Azərbaycanla Qazaxıstan arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması ilə diqqətdə oldu. Bir daha tədiqləndi ki, hər iki ölkə strateji tərəfdaş olmaqla yanaşı, həmçinin müttəfiqlərdir. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı da xüsusi qeyd etməliyik. Ümumilkdə həm Prezidentlərin iştirakı ilə imzalanan bu sənədlər, həmçinin müvafiq strukturlar arasında imzalanan 20-dən çox sənəd 30 illik yola söykənərək gələcək üçün atılan addımların, müəyyənləşdirilən hədəflərin təqdimatıdır.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki