image-qanunla-reklam
image-qaribashvili

Qaribaşvili: Ərdoğan kimi müdrik və güclü liderlə…

image-lady-day-az

Gürcüstan və gürcü xalqı Türkiyənin və türk xalqının yanındadır. Türk xalqı Rəcəb Tayyib Ərdoğan kimi müdrik və güclü lideri ilə tarixin bu sınağından da qalib çıxacaq.

Qanunla.Az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin Hatay vilayətinin Antakya şəhərində zəlzələnin nəticələri ilə tanış olarkən söyləyib.

Hökumət başçısı Türkiyədə baş verən zəlzələni dəhşətli faciə adlandırıb:

“Dəstək mesajımı və başsağlığımı dünən Prezident Rəcəb Tayyib Ərdoğana verdim. Mən ona dəstəyimi təsdiqlədim, həmrəy olduğumuzu bildirdim. Bu, Türkiyənin və qardaş xalqımızın başına gələn dəhşətli faciədir. Bildiyiniz kimi, bu zəlzələ nəticəsində 40 mindən çox insan ölüb, 100 mindən çoxu yaralanıb. Minlərlə insan mənzilsiz qalıb. Prezident Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə o mənə bildirdi ki, artıq müvafiq qərargah yaradılıb, plan hazırlanıb, bir ildə 270 minə yaxın mənzil tikiləcək”.

İ.Qaribaşvili Türkiyədə zəlzələ bölgəsində xilasetmə əməliyyatlarında iştirak edən gürcü xilasedicilərlə də görüşüb. Baş nazir bildirib ki, gürcü xilasedicilər işlərini uğurla davam etdirirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki