image-qanunla-reklam
image-015e3193162339203129673418110289170-1

Qarabağın tacı Şuşa diplomatik mərkəz olmaqla yanaşı, iqtisadi mahiyyət daşıyan tədbirlərin keçirilməsi üçün də əlverişli məkan kimi dəyərləndirilir

image-lady-day-az

Qarabağın tacı Şuşa diplomatik mərkəz olmaqla yanaşı, iqtisadi mahiyyət daşıyan tədbirlərin keçirilməsi üçün də əlverişli məkan kimi dəyərləndirilir.

 

Böyük Qayıdışın qısa zamanda reallığa çevrilməsi, işğaldan azad edilmiş ərazilərdə müasir və abad yaşayış mühitinin formalaşdırılması üçün atılan addımlar sistemli xarakter daşıyır. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. Dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında «Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu «Qafqazın Xirosiması»” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib» kimi reallıqları diqqətə çatdıraraq yaşananların fonunda Azərbaycan xalqının heç zaman ruhdan düşmədiyini, daim quruculuqla məşğul olduğunu diqqətə çatdırıb. Bu gün də dünya xalqımızın necə qurucu, yenilikçi xalq olduğunun şahididir. Bütün işğaldan azad edilmiş şəhər və kəndlərimiz Baş plan əsasında, «ağıllı şəhər» və «ağıllı kənd» layihələri əsasında bərpa edilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək. Dövlət başçısı sessiyada bu istəyimizi də ifadə etdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır: «Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.»

Qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki, Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyaya nümunədir. Hazırda böyük fəxr və inamla qeyd etdiyimiz reallıqlardan biri budur ki, nəinki paytaxt Bakımız, həmçinin bütün bölgələrimiz. O cümlədən 28 ildən sonra azadlığına qovuşmuş torpaqlarımız dünyanın diqqətindədir. Azad Qarabağımız, azad Şuşamız beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunursa, bu, ölkəmizin iqtisadi qüdrətinin, həmçinin sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirməsinin nəticəsidir. Qarabağın tacı Şuşa diplomatik mərkəz olmaqla yanaşı, iqtisadi mahiyyət daşıyan tədbirlərin keçirilməsi üçün də əlverişli məkan kimi dəyərləndirilir. Bakı Enerji Həftəsinin yekun xüsusi Sessiyasının Şuşada keçirilməsi deyilənlərin təsdiqidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki