image-qanunla-reklam
image-dc50d0544298e9d54f38a37632bced46

Qarabağ münaqişəsi artıq tarixdə qalıb

image-lady-day-az

27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Ali Baş Komandanın rəhbərliyi ilə 44 Vətən günlük müharibə Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Uzun illər davam edən və artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərən Azərbaycan aparılan sülh danışıqlarında daim konstruktivlik göstərməklə paralel şəkildə özünün iqtisadi gücünü artırdı, maliyyə imkanlarını genişləndirdi və müasir, güclü ordu yaratmağa nail oldu. Vətən müharibəsində şanlı Qələbəmiz də məhz Silahlı Qüvvələrimizin rəşadəti, xalqımızın həmrəyliyi və yenilməz ruhu sayəsində əldə olundu. Düşmən onilliklər ərzində öz nəzarəti altında saxladığı ərazilərimizdə böyük həcmlərdə maliyyə vəsaiti yönəltməklə istehkamlar qurmuşdu və elə hesab edirdi ki, Azərbaycan Ordusu bu sədləri heç vaxt keçə bilməz. Ancaq rəşadətli Azərbaycan əsgər və zabitləri yüksək peşəkarlıq, Vətənə sonsuz məhəbbət nümayiş etdirərək işğalçı Ermənistanın silahlı birləşmələrini darmadağın etdi. Ölkəmiz tarixi ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü öz gücü ilə təmin etdi. Soçidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri respublikamızın növbəti siyasi-diplomatik uğuru oldu.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini-Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki