image-qanunla-reklam
image-1519796581_1476714926_mehkeme1525423042

Qadına Qarşı Zorakılıq – Ölümə səbəb olmuşdur?

image-lady-day-az

Qadına Qarşı Zorakılıq – Ölümə səbəb olmuşdur?

Qanunla.Az xəbər verir ki,mərhumə İbadova Sevinc Gülağa qızı 15.11.2020-ci il tarixdə həyat yoldaşı İbadov Muğamat Qüdrət oğlu tərəfindən növbəti dəfə döyülüb təhqir edildikdən sonra özünü yandıraraq ağır dərəcəli yanıq xəsarətləri almış, hadisədən 1 ay 8 gün sonra 23.12.2020-ci il tarixində müalicə aldığı xəstəxanada vəfat etmişdir.
Zərərçəkmiş şəxsin hüquqi varisi olan anası Əhmədova Axırbəyim Xasay qızının redaksiyamıza daxil olan müraciətində bildirdiyinə görə, kürəkəni İbadov Muğamat Qüdrət oğlu dəfələrlə qızını döyməklə ona qarşı güclü fiziki və psixi zorakılıqlar etmişdir. Bundan əlavə Muğamat İbadov onun qızı Sevinci və ya oğullarından birini öldürücəyi ilə bağlı mütəmadi olaraq mərhumu təhdid etmişdir. Bütün bu halların nəticəsində qızı özünü öldürmək üçün üzərinə benzin tökərək özünü yandırmışdır. Sonradan müalicə aldığı xəstəxanada ağır iztirablar içərisində vəfat etmişdir.
Axırbəyim Əhmədova müraciətinin davamında göstərmişdir ki, mərhum qızı İbadova Sevinc özünü yandırdıqdan sonra xəstəxanada müalicə alan zaman araşdırma aparan hüquq-mühafizə orqanının əməkdaşına ifadə verərək, özünü yandırmasına səbəbkar olan şəxsin rəsmi nikahda olduğu əri İbadov Muğamat Qüdrət oğlu olmasını bildirmişdir.
Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmış, İbadov Muğamat Qüdrət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci və 133.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir.

Qeyd edək ki, 12 yanvar 2022-ci ildə saat 16:30-da  Sabirabad Rayon Məhkəməsində növbəti baxış iclası keçiriləcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki