image-qanunla-reklam
image-1658742609_putin-i-kovalev-800x510

Putinin varisinin 36 yaşı var – KİV

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putinin xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı iddialar dünya mətbuatında geniş yer alıb.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiya prezidenti Putinin xəstəliyinə görə, tezliklə vəzifəsini tərk edə biləcəyi ilə bağlı xəbərlər də yayılıb.

İddialara görə, Putinin xəstəliyinin ağırlaşdığı və bu səbəbdən tez-tez kaskadyorlardan istifadə etməli olduğu bildirilib.

İngilis mətbuatında yer alan xəbərə görə, Kremldə yüksək vəzifə tutan 36 yaşlı Dmitri Kovalevin Putinin varisi hesab olunur. Belə ki, onun Kremldə ən güclü namizədlərdən biri olduğu iddia edilib.

Britaniya mətbuatı mayın 9-da keçirilən Qələbə Paradında Putinlə birlikdə gəzərkən və tez-tez Rusiya lideri ilə fikir mübadiləsi apararkən görüntülənən Kovalevin bu fotolarla populyarlığını artırdığını yazıb. Lakin bütün bu detallarla Kovalevin Putindən daha amansız lider ola biləcəyi xüsusilə vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki