Rusiya ilə Ukrayna arasında müharibə davam etdikcə Rusiya prezidenti Vladimir Putinin “super məxfi silahları” da ortaya çıxmağa başlayıb.

“Qanunla.az”ın məlumatına görə, Rusiya dövlət mediasında yer alan xəbərlərdə Putinin böyük məxfilik şəraitində həyata keçirdiyi silah layihəsinin istehsalına başlanıldığı bildirilib.

Qeyd olunub ki, “Poseidon doom torpedalar” kimi də tanınan silah sistemi 2018-ci ildən hazırlanıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl “Poseidon” raketinin şəklini paylaşıb. Lakin nazirlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Rusiya lideri Putinin 6 “super silahı” olduğu bildirilərkən, “”Poseidon” adlı silahın istehsal edildiyi və tezliklə “Belqorod” adlı nüvə enerjili sualtı qayıqda istifadə ediləcəyi” qeyd olunub.

Putinin digər “gizli super silahları” “Avanqard” hipersəs vasitəsi, “Sarmat” qitələrarası ballistik raketi, “Burevestnik” qanadlı raketi, “Kinjal” ballistik raketi və “Zirkon” hipersəs raketi kimi tanınır.

Qeyd olunub ki, Rusiyanın hazırladığı “Poseidon” adlı raket nüvə və adi döyüş başlıqlarına uyğundur və saatda 200 kilometr sürətə çata bilir. Bu raketin istifadəsindən sonra radioaktiv sunaminin baş verə biləcəyi bildirilir.