image-qanunla-reklam
image-1658139447_1657699030_2622494

Putin Xamenei ilə görüşəcək

image-lady-day-az

Rusiya prezidenti Vladimir Putin Tehrana gözlənilən səfəri çərçivəsində İranın ali dini lideri Əli Xamneyi ilə görüşəcək.

“Qanunla.az” xəbər verir ki,  bu  barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

“Prezidentimizin iki görüşü, daha doğrusu üç görüşü var, bunlar İran prezidenti Rəisi, Türkiyə prezidenti Ərdoğanla danışıqlardır və prezident İranın ali dini lideri Əli Xamneyini də ziyarət edəcək. Ümid edirik ki, bu, çox zəngin dialoq olacaq”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, İran Rusiyanın dostu və tərəfdaşıdır və Moskva ikitərəfli əlaqələri yüksək qiymətləndirir.

“Son bir neçə ayda, son bir neçə ildə bütün sahələrdə bir sıra əlavə impulslar qeydə alınıb: siyasi, diplomatik koordinasiya, iqtisadi qarşılıqlı fəaliyyət”, – o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki