image-qanunla-reklam
image-putin-serencam

Putin fərman imzaladı: 150 min nəfər orduya çağırılır

image-lady-day-az

Rusiya Prezidenti Vladimir Putin Rusiya vətəndaşlarının yazda hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.

Qanunla.Az xəbər verir ki, fərman rəsmi hüquqi informasiyalar portalında dərc olunub.

Yanvarın 1-də qüvvəyə minən yeni qaydalara görə, 18 yaşdan 30 yaşa qədər olan vətəndaşlar (2023-cü ilin sonunadək 27 yaşı tamam olmuş, 28 və ya 29 yaşı tamam olan və ehtiyatda olanlar istisna olmaqla) hərbi xidmətə çağırılacaqlar.

“2024-cü il aprelin 1-dən iyulun 15-dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan 18 yaşdan 30 yaşadək Rusiya Federasiyası vətəndaşlarının 150.000 nəfərdən ibarət hərbi xidmətə çağırışı həyata keçirilsi”, – fərmanda qeyd olunub.

Fərmanda həmçinin, müddətli həqiqi hərbi xidmətə çağırış müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin hərbi xidmətdən tərxis edilməsi qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki