image-qanunla-reklam
image-1711515934_iskence-goruntuleri-ortaligi-karistirdi-deas-tan-16980266_594_m

“Putin də daxil olmaqla bütün qəddar ruslar üçün təhlükə” – İŞİD-dən MESAJ

image-lady-day-az

Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında terror aktını törədənlərin məhkəmədən görüntüsü yayılıb. 

Qanunla.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunun ardından məhkəmə görüntüləri şübhəlilərin işgəncələrə məruz qaldıqları iddialarını gündəmə gətirib.

Rusiya işgəncə iddialarına səssiz qalarkən, İŞİD-in yayımladığı təhdid mesajı diqqət çəkib.

“Putin də daxil olmaqla bütün qəddar ruslar üçün təhlükə” başlıqlı yazıda “Ehtiyatlı olun, girovluqda olan qardaşlarımızın qisasını almaq imkanımız olmadığını düşünməyin. Bəli! Çox ağır, ölümcül, qanlı, yandırıcı və dağıdıcı zərbələr. İnşallah, çox yaxında qırğın gözləyirik” qeyd olunub.

İngiltərənin “Newsweek” nəşri bu yazını oxucularına “İŞİD-in Putinə yeni təhlükə” başlığı ilə açıqlayıb. “Daily Mail” isə “İŞİD Putini və rusları “öldürməklə” hədələyir” başlığı ilə dərc edib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert zalında silahlı şəxslər tərəfindən terror aktı törədilib. Sosial mediada paylaşılan görüntülərdə təcavüzkarların zalda avtomat silahlarla təsadüfi atəş açdıqları görülüb.

Rusiya İstintaq Komitəsi hücumda 139 nəfərin həyatını itirdiyini, yüzdən çox insanın isə yaralandığını açıqlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu həyata keçirən 4 terrorçu da daxil olmaqla 11 nəfərin ələ keçirildiyini bildirib.

İşgəncə görüntüləri səs-küyə səbəb oldu!  İŞİD-dən Putinə "Yeni qırğına hazır olun" mesajı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki