image-qanunla-reklam
image-1684388300-b58d5c9a-ca55-4d8d-a82c-f58314db9285

“Putin cəmi iki nəfərə hörmət edir, onlardan biri Ərdoğandır” – KQB zabiti

image-lady-day-az

“Rusiya lideri Vladimir Putin dünyada iki nəfərlə ehtiyatla davranırsa, onlardan biri Ərdoğandır”.  

Qanunla.Az  xəbər verir ki,  bunu keçmiş KQB və Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti Sergey Jirnov yerli KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya prezidentinin hörmət etdiyi nadir insanlardan biri də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır. Putinin Ərdoğana hörməti 2015-ci ilin noyabrında Türkiyənin Rusiya qırıcısını vurması ilə ən yüksək həddə çatıb.

Keçmiş KQB zabiti əlavə edib ki, Putin Ərdoğandan başqa yalnız Si Cinpinqdən qorxur və ona hörmət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki