image-qanunla-reklam
image-1629186964_3bb7fc0e-258c-38d1-87c3-0bfda222c557_850

Prokurorluqdan polislərin vəkili döyməsi iddialarına REAKSİYA

image-lady-day-az

Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılmışdır.

Şirvan şəhər prokurorluğu tərəfindən Qanunla.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki