image-qanunla-reklam
image-1561633002-olum-meyit-meyid-bicaqlanma-qeza

Prokurorluq qardaşını öldürən şəxslə bağlı MƏLUMAT YAYDI

image-lady-day-az

Aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Oğuz rayon prokurorluğundan Qanunla.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki