image-qanunla-reklam
image-1657485177_84a24ff485478bbb31aae98ed022a53a15889a49

“Prezident ölkənin cənubunu azad etmək üçün əmr verdi” – Reznikov

image-lady-day-az

Ukrayna Prezidenti hərbçilərə ölkənin cənubunu azad etmək üçün tapşırıq verib.

“Qanunla.az” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayana müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, prezident ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən komandanlıq qarşısında cənubdakı sahilyanı əraziləri azad etməyi əmr edib.

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident komandanlıq qarşısında planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah tapşırıqlarını yerinə yetirmək üçün planlar hazırlayır”- deyə Reznikov bildirib.

Qeyd edək ki, mərkəzi hissəsi də daxil olmaqla böyük bir ərazi Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində vəziyyət ağır olaraq qalır.

Rusiya hərbçiləri nəzarət etdikləri əraziyə humanitar yardımın göndərilməsini əngəlləyir, Ukrayna Ordusunun vilayətdə azad etdiyi yaşayış məntəqələrini müntəzəm olaraq atəşə tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki