image-qanunla-reklam
image-1650368531-ilham-aliyev_shusha-numayendesini-qebul-ederken

Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə hər zaman xüsusi diqqət yetirilir

image-lady-day-az

Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.

 

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan ordusu tam yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan heç bir hərbi blokun üzvü olmasa da ordu quruculuğunda onun yolu və yönü hər zaman müasir NATO ordularının inkişaf tendensiyasına uyğun hesablanıb. Türkiyə ilə olan yaxınlıq və qardaşlıq duyğuları praktiki olaraq ordu quruculuğuna sirayət edib. Silahlı qüvvələrin modernləşdirilməsi Prezident cənab İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir. Dövlət başçısı uzun illər ordu quruculuğuna şəxsən nəzarət edib və hal-hazırda da etməkdədir. Ali Baş Komandan dəfələrlə bütün dünyanın gözünün içinə düz baxaraq torpaqlarımızın işğalı faktı ilə barışmayacağımızı və son nəticədə haqqımız olan torpaqlara sahib olacağımızı dilə gətirib. Dünyanın bütün təqib və təzyiqlərinə rəğmən ordu quruculuğumuz davam edib. Siyasi və iqtisadi müstəqilliyimiz kimi ordu quruculuğu məsələsində də müstəqilliyimizi təmin etmək üçün müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verilir. Ölkəmiz hətta müharibədən sonra külli miqdarda müasir silah və sursat almışdır. Amma eyni zamanda da bu gün Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Ölkəmiz demək olar ki, ənənəvi silahların bütün növlərini özü istehsal etmək qabiliyyətinə malikdir. Lakin məqsəd müasir silahların, xüsusi ilə də PUA-ların tam istehsalını həyata keçirməkdir. Türkiyə Respublikası ilə bu sahədə böyük əməkdaşlıq edən dövlətimiz hər gün daha çox güclənməkdədir.

Doğrudur, müasir dövrdə ordular aktiv müharibələr həyata keçirməkdən daha çox müharibə ehtimalını nəzərə alaraq savaşların qarşısını almaq üçündür. Lakin Azərbaycan 44 günlük Vətən Müharibəsində sübut etmişdir ki, aktiv müharibə aparmaq qüdrətindədir. 5-ci nəsil silahların, müasir tələblərə uyğun, milyard dollarlıq silahların Azərbaycan ordusunun döyüş qabiliyyəti qarşısında necə hecə döndüyünü bütün dünya gördü. Əlbəttə, qürurverici haldır ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Ən müasir təchizat bizdədir. Lakin əsas amil bu deyildir. Azərbaycan ordusunun ən böyük “silahı” vətən sevgisi, yurd həsrəti və damarlarında dolaşan o məğrur, məğlubedilməz qandır. Bizim qəhrəman ordumuzu Şuşanın sıldırım qayalarına yüngül silahlarla qaldıran da məhz bu ali ruh və məğrur soykökümüzdür.

 

Şəhla Eminova –Zərdab şəhəri “Əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki