image-qanunla-reklam
image-1661063369_6301cfeb2d9576301cfeb2d95816610631476301cfeb2d9546301cfeb2d956

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

image-lady-day-az

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Qanunla.Az-ın xəbərinə görə, başsağlığıda deyilir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2022-ci il.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki