image-qanunla-reklam
image-1644745350-e15f7c71-660f-31cc-ab13-5a23766078d4_850

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

image-lady-day-az

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Qanunla.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən cavab olaraq bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki