image-qanunla-reklam
image-1678698498_abd-silah-tabanca-silahlanma-reu-1957576_2

Polis tapança ilə gəzən şəxsi tutdu

image-lady-day-az

Bakıda polis tapança ilə gəzən şəxsi tutub.

Bu barədə “Qanunla.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki