image-qanunla-reklam
image-1590475171-1576752367_narkotik

Polis idarəsinə gətirildi, üzərindən narkotik çıxdı

image-lady-day-az

Bakıda kişidən narkotik götürülüb.

“Qanunla.az”ın məlumatına görə, Hüseynov Elcan Vəfadar oğlu satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 7,260 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlayıb, 07.05.2023-cü il tarixdə Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb polis idarəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülüb.

Onun barəsində CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunub.

Faktla bağlı Abşeron RPİ-nin İŞ-də cinayət işinin istintaqı davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki