image-qanunla-reklam
image-1657776445_stoltenberg-reu-1797227_2

“PKK-ya qarşı əməkdaşlıq vacibdir” – Stoltenberq

image-lady-day-az

NATO-nun baş katibi Yens Stoltenberq PKK-nın İsveç və Finlandiya da daxil olmaqla bütün Aİ üzvləri tərəfindən terrorçu hesab edildiyini, təşkilata qarşı əməkdaşlığın ağlabatan və vacib olduğunu bildirib.

“Qanunla.az” xəbər verir ki, o bu barədə Avropa Parlamentinin Avropa İttifaqı (Aİ)-NATO əməkdaşlığı və Madrid Sammitinin yekunlarına həsr olunmuş iclasda deputatların suallarını cavablandırarkən deyib.

Aİ ilə NATO arasında yeni ortaq bəyanatın gündəmdə olduğunu bildirən Stoltenberq, “Ən qısa zamanda bunun üzərində işə başlayacağıq”, – deyib.

Stoltenberq bəyan edib ki, bəyannamə Aİ və NATO-nun müəyyən etdiyi 74 birgə layihənin həyata keçirilməsi və prioritetlərin müəyyən edilməsi baxımından vacibdir.

Ukraynaya dəstək məsələsinə toxunan Stoltenberq, “Hazırda diqqət Ukraynanın müstəqil və suveren bir xalq kimi qalib gəlməsinə kömək etmək üçün dəstəyin verilməsinə yönəlib. Diqqət hazırda üzvlük deyil, əlbəttə ki, müdafiə və təhlükəsizliyin təmin edilməsinə kömək etmək, dəstəkləmək və modernləşdirməkdir. Bizim gördüyümüz işlər nə vaxtsa Ukraynanı üzvlüyə yaxınlaşdıracaq”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki