Mayın 9-da Sankt-Peterburqda ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Qanunla.az xəbər verir ki, bu barədə “Fontanka” Teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, yeddi ticarət mərkəzi saat 10:00-dan 16:00-a kimi bağlı olacaq.
Qadağanın mayın 9-da keçiriləcək paradla bağlı olduğu bildirilib.