image-qanunla-reklam
image-peskovyeni

Peskov: NATO sülh və sabitlik gətirmir

image-lady-day-az

“NATO sülh və sabitlik gətirmir”

Qanunla.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“NATO daha çox mövcud olduğu regionlarda sabitliyi pozur. Biz NATO-nun fəaliyyətini belə qiymətləndiririk” – Peskov bildirib.

Qeyd: KİV-də Hindistanın tez bir zamanda NATO+ formatına qoşulması təklifi ilə bağlı məlumatlar yayılmışdı. Bu format Şimali Atlantika Alyansının üzvləri olan ölkələri və ABŞ-ın müttəfiqləri olan beş ölkəni – Avstraliya, İsrail, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanı birləşdirir. Hindistanın xarici işlər naziri Subramanyam Caişankar təşəbbüsü şərh edərkən bildirmişdi ki, beynəlxalq təhlükəsizlik siyasətində blok yanaşması Dehli üçün keçərli deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki