image-qanunla-reklam
image-uzn_15112992698

Peşəkarlıq və Vətənə sadiqlik

image-lady-day-az

Peşəkarlıq və Vətənə sadiqlik

20-ci yüzillik Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Belə ki, məhz bu əsrdə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımlar olmuş, lakin bütün çətinliklərə mərdliklə qalib gələn xalqımız iki dəfə müstəqillik qazanmışdır. 104 il öncə qazanılmış müstəqilliyimiz cəmi 23 ay yaşadı. Lakin uzun illər Sovet imperiyası tərkibində yaşayan Azərbaycan nəhayət ötən əsrin sonuncu onilliyində öz müstəqiliyini yenidən qazandı. Xalqımıza qanı bahasına başa gələn bu müstəqilliyin asanlıqla da itirilmək təhlükəsi vardı. Bu dövrdə hakimiyyətə gələnlərin kamil dövlət adamları olmadıqlarını görən xarici və daxili düşmən qüvvələri Azərbaycanı bir neçə yerə parçalanma həddinə gətirmişdilər.
Həmin çətin anlarda ümummilli liderimiz Heydər Əliyev öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün o vaxtkı iqtidara yol göstərməyə çalışırdı. Bu məsləhətlərə məhəl qoymayan, səriştəsiz siyasəti ilə ölkəni parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirmiş dövlət rəhbərləri son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Eyni zamanda artıq ziyalılar və xalq ümummilli lider Heydər Əliyevin ölkəyə qyıdışını təkidli şəkildə tələb edirdilər.
Nəhayət, 1993-cü il iyunun 9-da xalqın xilaskar oğlu Bakıya qayıtdı. Azərbaycan xalqı öz xilaskarını sevinclə qarşıladı. 1993-cü il 15 iyun ümummilli lider Heydər Əliyevin qayıdışı günü xalqın soykökünə qayıdışı və milli özünüdərkin başlanğıcı idi, bu gün xalqda gələcəyə inam yaratdı, məhrumiyyətlərə, dövrün bəlalarına qarşı onda bir güc, əzm yaratdı.
İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. Ümumxalq dəstəyi ilə Prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Həmin vəzifələri həyata keçirmək işi dövlət intizamının, qanunçuluğun, hüquq – mühafizə orqanlarının, ordunun möhkəmləndirilməsindən başlandı.
Ümummilli liderimiz Heydər Əliyevin görmüş olduğu misilsiz işlərin nəticəsidir ki, məhz həmin dövrdə hərc-mərcliyin, saysız-hesabsız siyasi, ictimai, iqtisadi sosial problemlərin didib-dağıtdığı Azərbaycanda bu gün asayiş, əmin-amanlıq hökm sürür.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan regionun hər cəhətdən inkişaf etmiş dövlətinə, dünyada isə söz sahinə çevrilmişdir.

Samir Talıbov

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki