image-qanunla-reklam
image-baku-panoramic-view-scaled

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub

image-lady-day-az

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub

Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, onun infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi təmin olunub. Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə edilib. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, parkları və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunmuş 11-ci sessiyasında bu təcrübə bir daha gündəmə gəldi. Azərbaycanın bərpa və yenidənqurmada, bölgələrin, şəhərlərin inkişafı və reinteqrasiyasında unikal təcrübə yaratdığı qeyd olunub.

Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sessiyada çıxışı zamanı da qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.

 

Şəhla Eminova –Zərdab şəhəri “Əməkdar müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki