image-qanunla-reklam
image-1657259400-26803

Paşinyan öz səlahiyyətlərini artırır

image-lady-day-az

Ermənistanın Baş naziri Nikol Paşinyan qanunda daha bir dəyişiklik edilməsini təklif edib. 

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən dəyişikliyə əsasən, Baş nazirə daha bir səlahiyyət verilir.

Belə ki, Ermənistan qanunlarına görə, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin müavinləri öz ərizələrini hökumətə verirlər və həmin struktur kollegial olaraq bunu təsdiq edir. Paşinyanın təklif etdiyi yeni qanuna görə, korrupsiyaya qarşı mübarizə komitəsinin müavinlərinin vəzifədən azad edilməsi üçün Ermənistan Respublikasının Baş nazirinə yazılı ərizə verməsi və onların sonuncu tərəfindən vəzifədən azad edilməsi imkanı verilir.

Qeyd olunub ki, həmin komitə birbaşa Paşinyana tabe olacaq və o, hazırda da Baş nazirin “əlaltısı”dır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki