image-qanunla-reklam
image-1662803013-image_750x_631c5290a9ad3

Paşinyan ATƏT-in həmsədri ilə Qarabağı müzakirə etdi

image-lady-day-az

Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş məsləhətçi Filip Rikeri qəbul edib.

“Qanunla.az” erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi ABŞ-ın mühüm rolunu vurğulayıb.

Baş nazir ATƏT-in həmsədrliyi çərçivəsində danışıqlar prosesinin bərpa olunmasını və Qarabağ probleminin hərtərəfli həlli kontekstində sonuncunun təcrübəsindən istifadə olunmasını vurğulayıb.

Həmsöhbətlər Qarabağ problemi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, regional sabitlik və təhlükəsizliklə bağlı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki