9 noyabrda videokonfrans formasında təklif edilən üçtərəfli görüşdən müəyyən səbəblərdən imtina etdim.
Qanunla.Az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, üçtərəfli görüş ideyası vardı:
“Mən dedim ki, bu ideya bizim üçün problemlidir, çünki 9 noyabr – Ermənistan üçün ağır gündür (9/10 noyabrda kapitulyasiya aktını imzalamasını nəzərdə tutur – red.)”.
Paşinyanın sözlərinə görə, 9 noyabr görüşünə hansısa konkret, məsələn, “əsirlərin” (erməni terrorçuları nəzərdə tutulur – red.) qaytarılması qərarı olacağı halda qatıla biləcəyini bildirib:
“Ancaq aydın oldu ki, belə bir qərarın qəbulu mümkün deyil. Onda mən görüşün 15 noyabra keçirilməsini xahiş etdim. Daha sonra görüşün 26 noyabra, əyani keçirilməsi təklif edildi və mən razılaşdım”.