image-qanunla-reklam
image-1658729936_99_main

Pandemiya Rusiyaya qayıdır

image-lady-day-az

Rusiyanın ən böyük onlayn pərakəndə satıcısı “Wildberries”, artan koronavirus hadisələri və səlahiyyətlilərin ictimai yerlərdə fərdi qoruyucu vasitələrdən istifadə etmək tövsiyələri fonunda ilk dəfə 2022-ci ildə birdəfəlik maskalar və dəri antiseptiklərinə tələbatın artdığını qeyd edib.

“Qanunla.az ” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Şirkət bildirib ki, son iki həftə ərzində, iyulun 11-dən 24-dək maskalara tələbat iyunun eyni dövrü ilə müqayisədə iki dəfə (109 faiz) artıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri daha əvvəl Tedros Adhanom Qebreyesus Covid-19-dan ölənlərin sayının artdığı üçün dünya ölkələrinin hökumətlərini maska ​​rejimini qaytarmağa çağırıb. ÜST rəhbərinin sözlərinə görə, pandemiya bitməkdən çox uzaqdır – “Omicron” ştammının variantları bütün dünyada yeni xəstələnmə, xəstəxanaya yerləşdirmə və ölüm dalğalarına səbəb olmaqda davam edir.

“Pfizer”in baş direktoru Albert Burla daha əvvəl pandemiyanın yeni dalğasının yaxınlaşdığı barədə xəbərdarlıq etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki