image-qanunla-reklam
image-b676830a-a90c-4cc0-a9c0-7d2740bc2cfe

Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ FAKTLAR: Qayınanasını təbrik etməyibmiş – YENİLƏNİB+VİDEO

image-lady-day-az

Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharı ilə bağlı yeni faktlar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında münaqişə yaranıb. Hadisə bundan sonra baş verib.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.

TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər:

“Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki