image-qanunla-reklam
image-54d6697dd18aad59744312665a41ca6c_4254444

Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib

image-lady-day-az

Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilmiş və iclası Rusiya Prezidenti Vladimir Putin açmışdır. Rusiya Prezidenti iclas zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin ilk dəfə olaraq qonaq qismində iştirak etdiyini xüsusilə vurğulayıb.

Rusiya Prezidenti İlham Əliyevə söz verdikdən sonra, Prezidentimiz ilk öncə dəvət üçün təşəkkürlərini bildirmiş, daha sonra isə Azərbaycanımızın inkişafı haqqında iclasın üzlərini və qonaqlarına ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil etdiyini, bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artdığı haqqında məlumat vermişdir. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub, əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu da vurğulamışdır.

Cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi də ehtiva etmişdir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edərkən Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərdiyini, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikili halda olduğunu, doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilib və 2025-ci ildə istismara veriləcəyini bildirmişdir.

Bu hadisə ölkəmizin siyasi-hərbi və iqtisadi qüdrətinin bir daha  təsdiqidir. Bəlkə də dünyanın heç bir yerində belə qısa müddətdə hava limanı inşa edilməyib. Tarixin ən dəyərli səhifəsidir ki, 9 ay əvvəl Füzuli hava limanının tikildiyi ərazi Azərbaycan igidlərinin yağı düşmənin başını əzən döyüş meydanı olduğu, halda bu gün həmin ərazi Qarabağın dünyaya  açılan hava qapısına çevrilib.

Xüsusi vurğulamaq lazımdır ki, sentyabrın 5-də Azərbaycanın «Silk Way» aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan «Boeing 747-400» tipli hava gəmisi də Füzuli hava limanına eniş etmişdi. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Bu, onu göstərir ki, hava limanı həm də yükdaşımalar, xüsusən beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. “Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir”, – deyə Azərbaycan Prezidenti İlham Əliyev iclasda vurğulayıb.

Azərbaycan Prezidentinin də söylədiyi kimi, Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin cəlb olunması üçün olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Çünki hazırda Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Həmin turistlərin daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilmələri üçün Füzuli hava limanı daha əlverişli imkan yaradacaq.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

Demoqrafik artım.

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı Azərbaycanda işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil etdiyini, demoqrafik artım, – son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxdığını iclas üzvlərinin və qonaqların nəzərinə çatdırmışdır.

İnsan inkişafı və sosial-iqtisadi inkişaf qarşılıqlı əlaqəlidir və bir-birini şərtləndirirlər. İnsan inkişafının demoqrafik aspektləri əhalinin sağlamlığı, ömür uzunluğu, əhalinin yaşlaşması, doğum, reproduktiv sağlamlıq və digər geniş sahəli məsələləri özündə cəmləşdirir.

Bəşəriyyətin inkişaf tarixi əhalinin təkrar istehsal dinamikasının dəyişməsi ilə sıx bağlıdır. Müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Əhalinin qocalması prosesinin güclənməsi ictimaiyyətin qarşısında ciddi sosial – iqtisadi, sosial-psixoloji, tibbi-sosial və etik problemlər qoyur. Bunların arasında işçi qüvvəsi, ictimaiyyətin iqtisadi yükünün artması, istehlak səviyyəsinin xarakterinin dəyişməsi, ahılların sağlamlığı və tibbi-sosial kömək üçün vəsaitlərin artırılması və s. ilə bağlı problemləri göstərmək olar. Qlobal və milli səviyyədə davamlı insan inkişafı iqtisadi, sosial və demoqrafik inkişafla birlikdə qarşılıqlı əlaqələrin mürəkkəb sistemini təşkil edir.

Cənab Prezident çıxışlarında qeyd edir ki, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır. Belə bir dövlətin əsasını isə ailələr təşkil edir.  Baxmayaraq ki,  Ermənistanın aqressiv işğalçı siyasəti bu gün də davam edir, bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var, qloballaşmanın mənfi təsirləri var, ölkəmizə qarşı ikili standartlar tətbiq olunur.  Bu gün  sosial-mənəvi inkişafı təmin edən, fəal, güclü ailələrin formalaşması üçün  dövlət tərəfindən bütün imkanlar yaradılır.   Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri  ilə ən nümunəvi  sosial institutlardan biri olmuşdur. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiq etməsində və inkişafında ailənin rolu böyükdür.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub.

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə qonaq qismində iştirak edib. Prezident cənab İlham Əliyev iştirakçı dövlətlərin başçılarına məlumat verib ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və bununla da yükaşırmaların həcmi 25 milyon tona çatacaqdır. Azərbaycanın bu günkü gəmiqayırma imkanları Xəzərətrafı qonşu dövlətlərə təqdim olunub. Bakı gəmiqayırma zavodunda ölkəmizin Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.

Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü irəli sürülüb.

Hazırda Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi son iki ildə işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir.

Ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Bu da bizim müstəqil xarici siyasət kursunu uğurla həyata keçirməyə tam şəkildə imkan verir. Təxminən dörd ildir ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olan və 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkənin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

Azərbaycan heç bir dəhlizi bloklamayıb.

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında Azərbaycan nüfuz sarıdan Ermənistanı qat-qat geridə qoyduğuna hər kəs bir daha şahid oldu. Məlumdur ki, Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Bu mənada Azərbaycanın bütün təşkilatlarda olduğu kimi, Avrasiya İqtisadi Şurası üçün də cəlbediciliyi var.

Üçtərəfli görüşdə Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının toplantısında səsləndirdiyi yersiz replikalar onun sülhdə maraqlı olmadığını təsdiqlədi. Halbuki Moskva görüşündən öncə israrla ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Amma üçtərəfli görüşdən öncə Ali Avrasiya İqtisadi Şurasının toplantısında Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı cəfəng iddialar səsləndirməklə hər hansı razılığın olmayacağının anonsunu verdi. Onun sərsəm açıqlamalarından sonra aydın oldu ki, Rusiyanın dəstəyi ilə keçirilən üçtərəfli görüşdə hər hansı sənədin qəbul edilməsi gözlənilmir. Ermənistan həmişəki ənənəsinə sadiq qalaraq yenə də bunda maraqlı olmadığını göstərdi. Eyni zamanda, bu, Ermənistanla Rusiya arasında artan gərginliyin də göstəricisi idi. Dövlət başçımız Paşinyanın cavabını verib, ona yerini göstərdi. Prezident bir daha bəyan etdi ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil.  Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir” deyən ,Azərbaycan Prezidenti həm də mövcud reallığı bu platformada bəyan etmiş oldu. Rusiya Prezidenti Vladimir Putinin fikirləri isə bir daha Ermənistanın iddialarının əsassız və yersiz olduğunu təsdiqlədi.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub.

Azərbaycanın tarixi Zəfərinin reallıqları fonunda artan nüfuzu, möhkəmlənən mövqeyi göz önündədir. Hər bir ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində iqtisadi tərəqqi əhəmiyyətli rol oynayır. Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası istər üzv dövlətlərin, istərsə də tədbirə qonaq qismində qatılan Azərbaycanın iqtisadi imkanlarının təqdimatında öz sözünü dedi. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın quruma üzv olmasa da ötən 30 ildə Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi. İkitərəfli əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu ölkəmizin bu illər ərzində əldə etdiyi sosial-iqtisadi göstəricilər də təsdiqləyir. Prezident cənab İlham Əliyev iclasdakı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına, həyata keçirilən layihələrin uğurlu icrasına yönəltdi.

Reallıq budur ki, Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir. Bunun üçün bəzi statistik rəqəmlərə nəzər salmaq istərdik. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi, ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlayan müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları, həmçinin Xəzərdəki qonşularımıza da təqdim olunub. Rəqəmlərə qısa baxış bunu deməyə əsas verir ki, Azərbaycanın dayanıqlı inkişafı üçün geniş imkanlar mövcuddur və bu, əməkdaşlığın coğrafiyasının genişlənməsində həlledici rol oynayır.

Dövlətimizin  başçısı İlham Əliyev çıxışında bu məqama xüsusi diqqət yönəldib ki, ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Bu da müstəqil xarici siyasət kursunu aparmaq üçün mühüm amildir. Azərbaycanın xarici siyasət uğurları davamlıdır. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ona daim uğurlar qazandırır. Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətt üzrə inkişafı reallıqdır. Bunu qarşılıqlı səfərlər, hər bir ölkənin malik olduğu imkanlara söykənərək yeni prioritetlərin müəyyənləşdirilməsinə və əlaqələrin genişlənməsinə xidmət edən sənədlərin say tərkibi də təsdiqləyir. Azərbaycan 4 ildir 120 dövləti öz sıralarında birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Ölkəmizin quruma sədrlik müddətinin bu il üçün uzadılması təbii ki, uğurlu siyasətimizin, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasının nəticəsidir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

“Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil.

Mayın  25-də Avrasiya İqtisadi Birliyinin sammiti Prezident cənab İlham Əliyevlə şifahi “söz savaşı”na başlamağa cəhd edən, amma nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan üçün növbəti biabırçılığın zirvəsi oldu: “Üstəlik, Ermənistanda o, Prezident İlham Əliyevin Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün müxalifət tərəfindən sərt tənqid edilib. Belə bir vəziyyətdə, görünür, Ermənistanın Baş naziri özü üçün “uğurlu lokal qələbə” ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Nikol Paşinyan bununla həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişinyov görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır. Ermənistanın diversant qrupu Azərbaycan hərbçilərini öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən vaxtında aşkar edilib. Diversiya baş tutsa, onlar Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları hədəf götürə bilərdilər. Ancaq Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb”.

Ermənistan üçün iqtisadi inkişaf, xilas yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir: Bunun üçün isə Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına, təxribatlara son qoymalı, Azərbaycanla sülh danışıqlarını uzatmamalı, tezliklə sülh müqaviləsinin imzalanmasına çalışmalı, Zəngəzur dəhlizinin açılmasına mane olmağa cəhd etməməlidir.

Ermənistanın baş naziri qeyri-ciddi, əsassız fikirləri ilə hər hansı bir tribunadan Azərbaycanı ittiham etməyə çalışsa da hər dəfə dövlət başçısı cənab İlham Əliyevin reallıqları özündə əks etdirən, təkzibolunmaz faktlara söykənən, ən əsası müstəqil siyasətimizin nümayişi olan diplomatik cavabı ilə qarşılaşıb. İki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması təklifi masa üzərindədir. Ermənistanın baş naziri sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün nə qədər cəhdlər göstərsə də daim fakt qarşısında qalmasından dərs çıxarmaq istəmir, yenə də havadarlarına arxalanaraq ümidlərlə yaşayır. Cənab İlham Əliyevin “Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil” mesajı da Ermənistanın baş nazirinə tutarlı cavab oldu. Görünür, Nikol Paşinyan 30 illik işğal dövründə quraşdırdıqları yalanlarla heç nəyə nail ola bilmədiklərini unudub. Təbliğat real faktlara, tarixi həqiqətlərə söykənəndə uzunömürlü, eyni zamanda, qəbul edilən olur. Ermənistan rəhbərinin sözügedən toplantıda iştirakçıların diqqətinə yalanları, Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsini yaratmasını öz maraqlarına uyğun çatdırması bir daha müstəqilliyi formal xarakter daşıyan bir dövlət üçün ədalət və beynəlxalq hüquq deyilən məfhumların olmadığını sübut etdi. Reallıq budur ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım avtomobilləri keçir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Moskva görüşü Azərbaycanın diplomatik uğurlarının davamıdır. Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan iddialarını tam şəkildə təmin etdi.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki