image-qanunla-reklam
image-mersedes-qeza2-1

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

image-lady-day-az

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

DİN-dən Qanunla.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 81 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki