image-qanunla-reklam
image-1687590339_647486b666336647486b6663371685358262647486b666331647486b666333

Orbital mövqelərin qorunması qaydası müəyyənləşir

image-lady-day-az

Azərbaycan Respublikasına ayrılmış və ya ayrılacaq orbital mövqelər və onlarla əlaqədar radiotezliklər dövlətə məxsusdur və “Lisenziyalar və icazələr haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq kosmik operatorların istifadəsinə ayrılır.

“Qanunla.az” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada orbital mövqelər, onlarla əlaqədar radiotezliklər, habelə peyk şəbəkələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və kosmik operator tərəfindən birgə koordinasiya edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki