image-qanunla-reklam
image-332161033_1381138022639999_2474686464739743333_n

Önəmli meyar

image-lady-day-az

Önəmli meyar

Azərbaycan dövləti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu gündə ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslı xarici siyasət nəticəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başlamış, sədrlik müddəti yekdil qərarla daha bir il uzadılmışdır. Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Bu təşəbbüs Azərbaycanın BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının çağırılması təklifi BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazanmasına səbəb olmuşdur. Azərbaycanın Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Bundan başqa Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilmişdir. 2022-ci ilin iyulunda Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb. Təşkilatın daimi katibliyi Bakıda yerləşəcəkdir. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin uğurlu nəticəsidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini – Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki